MƏKTƏBDƏ DAMA YARIŞI KEÇİRİLİB

Bu gün məktəbimizdə 18 Oktyabr Dövlət müstəqilliyinin Bərpası Gününə həsr olunmuş dama yarışı keçirilib. Yarışın məqsədi şagirdlərə vətənpərvərlik hislərin aşılamaq, dövlət atributlarına, üçrəngli bayrağımıza olan sevgi və ehtiramı yüksəltməkdir. 5-7 ci siniflər arasında keçirilən yarışda 32 zəka sahibi öz güclərin nümayiş etdirib. Maraqlı və gərgin idman şəraitində keçən yarışda yekunda 7"D" sinif şagirdi Hüseyn Rzazadə 1-ci yerə çıxıb. 2 ci- yerə 6 "D" sinif şagirdi Axundzadə Mədinə, 3-cü yerə isə 7"D" sinif şagirdi Sərkərli Qaraxan çıxıb. Yekunda qaliblər diplom və medallarla təltif olunublar.