Şagirdlərimiz Hərbi qənimətlər parkında olublar

Məktəbin  8 "B" sinfinin rəhbəri Leyla Mənsimovanın təşkilatçılığı ilə 44 günlük müharibənin 3-cü ildönümü münasibətilə şagirdlər. Hərbi qənimətlər parkına ekskursiya ediblər. 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülən hərbi texnika və sursatlarla tanış olublar. Şagirdlər müzəffər ordumuzun qələbəsini göstərən hərbi sursatlara baxdıqca düşmənin necə zəif, qorxaq olduğunu, döyüş meydanından qaçdığının şahidi olublar. Eyni zamanda şagirdlərimiz Xankəndi azad olunduqdan sonra Bakıya gətirilən, Azərbaycanın Milli Qəhrəmanı  Albert Aqanurovun vurduğu erməni tankına da yaxından tamaşa ediblər. Şagirdlər Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın xatirəsini hörmətlə yad ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi