18 Oktyabr Müstəqilliyin Bərpası Günüdür

Məktəbin 8 "B" sinfində “18 Oktyabr Müstəqilliyin Bərpası Günü” münasibətilə şagirdlərin təqdimatı keçirilib. Şagirdlər öz təqdimatlarında 18 Oktyabr tarixinin Azərbaycanın ən şərəfli səhifələrindən biri olduğunu, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycanın öz müstəqilliyini bərpa etdiyini bildiriblər. Çıxışlarında qeyd ediblər ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Bağırova bildirib ki, dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Azərbaycan xalqı 31 illik yurd nisgilindən sonra, nəhayət ki, Qarabağda qəhrəman bir savaşla tarixi zəfər qazandı. Müzəffər Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan bayrağı Şuşada, Xankəndində dalğalandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi