ZƏFƏRİMİZ QÜRURUMUZDUR

Məktəbimizin 8"B" sinfində sinif rəhbəri Leyla Mənsimova "Zəfərimiz qürurumuzdur" adlı təqdimat keçirib. Müəllim Azərbaycanın ərazi bütövlüyünü təmin edən Ali Baş Komandanı İlham Əliyevə və şücaətli Azərbaycan ordusuna öz minnətdarlığını bildirib. Vətənimizin azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğullarımız hörmətlə yad edilib. Şagirdlər təqdimatlarında doğma Azərbaycanımızın qələbəsindən böyük qürur hissi ilə danışıblar. Sonra şagirdlər Cənab Prezidentimizin çıxışını monitorda izləyiblər."Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.