Müqəddəsdir Vətən yolu...

Başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla bütün Azərbaycan xalqı bu torpaqdakı yad əlləri, yad nəfəsləri, yad dilləri qəbul edə bilmədi... Bu torpaq indi hər səhər doğma dildən çıxan "Vətən” kəlməsilə oyanır.
Aparılan siyasət məğrur prezidntimizin və eləcə də xalqımızın başını ucadan uca edib. Torpaqlarımız azad edilib. Bu yolda Vətənimizi çanından əziz tutan oğullarımız şəhid olublar, öz əməlləri ilə Vətən göylərinə qəhrəmanlıq salnaməsi yazıblar.
Bu gün məktəbimizin 7b sinif şagirdləri Fəxri xiyabana bu salnaməni yazanların ziyarətinə gediblər, şəhidlərimizin məzarları önündə baş əyərək şeirlər söyləyib, məzarlıqda yatanlara ürək sözlərini “çatdırıblar”: “Qüdrətli Azərbaycan dövləti və xalqı haqq , şərəf işimiz olan Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, canı, qanı bahasına Azərbaycan bayrağını əzəli və əbədi torpaqlarımızda dalğalandırmış şəhidlərimizin işıqlı xatirəsini daim yaşadacaq”.
Sonra şagirdlər xorla :
Bu gün gərək hər anımız Vətən desin
Qılıncımız, qalxanımız Vətən desin
Ölənlərin əvəzinə qalanımız Vətən desin -
deyərək göz yaşları içində Fəxri xiyabandan uzaqlaşıblar.