Fəxri Xiyaban - müqəddəs and yerimiz!

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi SahiləAllahverdiyeva 6"A" sinif şagirdləri ilə Fəxri Xiyabanı ziyarət ediblər. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olan bu ziyarət zamanı şagirdlər dahi şəxsiyyəti bir dəqiqəlik sükutla yad edərək, Ulu Öndərə həsr olunmuş şeirlər söyləyiblər. Ziyarət şagirdlərdə çox kövrək və səmimi hisslər oyadıb.