MƏKTƏBDƏ VALİDEYN İCLASI KEÇİRİLİB

Məktəbdə valideyn iclası keçirilib. Tədrisin daha da uğurlu olması üçün valideynlərin qarşısında dayanan vəzifələr müzakirə olunub. Diaqnostik qiymətləndirmələr təhlil olunub. Eyni zamanda şagirdlərin davranış qaydaları haqqında valideynlərlə söhbət aparılıb. Mobil telefonlardan istifadəyə məhdudiyyət qoyulması barədə sinif rəhbərləri danışıb. Birinci yarımildə şagirdlərlə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə aparılacaq işlər haqqında valideynlərə məlumat verilib. Məktəb – şagird - müəllim - valideyn münasibətlərinin düzgün qurulması barədə fikir mübadiləsi edilib. Buraxılış imtanı verən şagirdlərin valideynləri ilə maarifləndirici söhbətlər aparılıb. Valideynlər məktəb müdiriyyətinə, fənn müəlimlərinə öz təşəkkürlərini bildiriblər.