CÜMHURİYYƏT NƏĞMƏKARI

Məktəbin 5 "B" sinfində Azərbaycan dili və ədəbiyyatı müəllimi Təranə Bağırovanın təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istiqlal şairi Əhməd Cavadın Anım günü münasibətilə “Cümhuriyyət nəğməkarı Əhməd Cavad” adlı təqdimat keçirilib. Şagirdlər dərsdə Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar, şairin müstəqillik, türkçülük, həmrəylik, birlik mövzusunda yazdığı şeirləri söyləyiblər. Müəllim bildirib ki, milli istiqlal şairi Əhməd Cavad ədəbiyyat tariximizdə Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan, "xalq düşməni" damğası ilə güllələnən vətənpərvər şair kimi xatırlanır. O, Vətəndən ötrü can verməyə hazır bir əsgər idi. Bayrağının kölgəsini öpərək rahatlıq tapan vətənpərvər şair idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi