Məktəbdə monitorinq keçirilib

Məktəbin 11"Ç" və 10 "Ç" texniki təmayül siniflərində riyaziyyat, fizika, kimya fənləri üzrə monitorinq keçirilib. Şagirdlərin bilik və bacarıqları yoxlanılıb. Monitorinq keçirməkdə məqsəd məktəbin Fəaliyyət planına əsasən təmayül fənlərin tədrisi vəziyyətini öyrənmək, şagird nailiyyətlərinin qiymətləndirilməsi və inkişaf dinamikasının izlənilməsi olub. Məktəb rəhbərliyi monitorinqin gedişınə nəzarət edib.