I siniflərdə diaqnostik iş

2-6 oktyabr 2023-cü il tarixdə məktəbdə 1-ci sinif şagirdlərinin məktəbə psixoloji hazırlığının yoxlanılması məqsədilə "Kern-Yerasik" məktəb kamilliyi testi keçirilib. Məktəbin psixoloqları Gülsənəm Bayramlı və Gültəkin İskəndərova 1-ci siniflərdə intellektual inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə şagirdlərə 3 tapşırıq verib: şəkil çəkmək, yazılmış hərfləri cədvələ uyğun olaraq köçürmək, verilmiş nöqtələri olduğu kimi yazmaq. Şagirdlər bu tapşırığı həvəslə yerinə yetiriblər.