Məktəbdə Ümumdünya Psixi Sağlamlıq Günü keçirilib

Hər il oktyabrın 10-u dünyada Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Ümumdünya Psixi Sağlamlıq Gününün vəzifəsi psixi sağlamlıq probleminə yanaşmada dünya əhalisinin məlumatlılıq səviyyəsini yüksəltməkdir.Məktəbdə Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Məktəbin psixoloqları Gülsənəm Bayramlı və Gültəkin İskəndərovanın təşkilatçılığı ilə 9 "A" və 9 "B" siniflərinin şagirdləri ilə bu mövzuda söhbət aparılıb. Psixi sağlamlığın 3 kriteriyası: duyğular; düşüncələr və davranışlar barədə məlumat verilib. Sonda şagirdlər Psixi Sağlamlıq Gününə həsr olunmuş videoçarxa baxıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi