METODBİRLƏŞMƏ İCLASI KEÇİRİLİB

Məktəbdə bütün fənlər üzrə müəllimlərin iştirakı ilə metodbirləşmə iclası keçirilib. İclasda məktəbin direktoru Kəmalə Qədirova ümumi təhsil sahəsində 2023-2024-cü dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə danışıb. Azərbaycan dilinin dövlət dili kimi tədrisinə nəzarətin gücləndirilməsi, şagirdlərin dərslərə müntəzəm davam etmələrini nəzarətdə saxlamaqla şagird davamiyyətinin qeydiyyat və hesabatlılığının vaxtında düzgün aparılmasının təmin edilməsi, Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş layihələrin (STEAM, Rəqəmsal bacarıqlar və başqa) icrasına, təhsilin keyfiyyətinin yüksəldilməsinə, ibtidai təhsil səviyyəsində tədris dili və riyaziyyat fənlərinin tədrisinə nəzarətin gücləndirilməsi barədə çıxış edib. Sonra metodbirləşmə rəhbərləri çıxış edərək, yeni dərs ilində görüləcək işlər barədə məlumat veriblər. İclasda metodbirləşmələrin illik fəaliyyət planına baxılıb və bu istiqamətdə görüləcək işlər barədə göstərişlər verilib .Hər bir müəllimin Zəfər Günü ilə bağlı tədbirlər planı hazırlamasını tapşırıb.