Dahi bəstəkarın ev muzeyində

3"B" sinif müəllimi Sevinc Məcidova şagirdləri ilə birlikdə dahi bəstəkar Üzeyir Hacibəyovun ev muzeyini ziyarət ediblər.
Şagirdlər musiqi dərsində Ü.Hacıbəyovun əsərləri, onun həyat və yaradıcılığı haqqında öyrəndiklərini, muzeydə isə bələdçinin geniş şəkildə verdiyi məlumatları dinləməklə daha dərindən öyrəniblər. Onlar burada bəstəkarın şəxsi əşyalarına, ona bağışlanan hədiyyələrə, müxtəlif şəkillərə baxaraq muzeydən böyük təəssüratla ayrılıblar.