TARİX YAZAN MÜZƏFFƏR ORDU

Məktəbdə bütün siniflərdə birinci dərslər Anım Gününə həsr edilib. Şagirdlər tarix yazan müzəffər ordumuza həsr edilmiş təqdimatlar hazırlayıblar. Qəhrəman oğullarımızın şücaətindən söz açıblar. Şəhidlərin illər, əsrlər,minilliklər keçməsinə bamayaraq, heç vaxt unudulmayan qəhrəmanlar olduğunu söyləyiblər. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanların ən böyük şərəf və qürur mücəssəməsi olduqlarını bildiriblər. Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın xatirəsini hörmətlə yad ediblər.