ƏN ÜLVİ DUYĞUDUR VƏTƏN SEVGİSİ...

Məktəbin 5 "B" sinfində 27 Sentyabr Anım Günü nə həsr edilmiş “Ən ülvi duyğudur Vətən sevgisi” adlı təqdimat keçirilib. Şagirdlər təqdimatlarında bildiriblər ki, şəhidlər vətən, millət və müstəqillik uğrunda canlarını fəda edib əbədi ölümsüzlüyə qovuşanlardır. Şəhidlər illər, əsrlər, minilliklər keçməsinə bamayaraq, heç vaxt unudulmayan qəhrəmanlardır. Şagirdlər qəhrəman oğullarımıza həsr etdikləri təqdimatlarını qürur hissi ilə nümayiş etdiriblər. Sonda şagirdlər Anım Gününə həsr edilmiş videoçarxa baxıblar.