Məktəbin pedaqoji kollektivi II Fəxri xiyabanı ziyarət ediblər

Məktəbimizin müdiriyyəti və pedaqoji kollektivi, azadlığımız, müstəqilliyimiz, torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda canından keçən şəhidlərimizi ziyarət ediblər. II Fəxri xiyabanda şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları üzərinə tər çiçəklər qoyublar.