18 SENTYABR MİLLİ MUSİQİ GÜNÜ QEYD OLUB

Məktəbimiz korifey sənətkarımız , Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəyliyə həsr edilmiş dərslər keçirilib. Müəllimlər bildirib ki, Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim ,eyni zamanda iftixarla söylədiyimiz himnimizin musiqisinin müəllifidir. Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi mənsub olduğu xalqın qəlbində əbədi olaraq daim yaşayacaq.Sonda dahi sənətkara həsr edilmiş videoçarx nümayiş olunub.