MƏKTƏBDƏ İLK DƏRS “HEYDƏR ƏLİYEV AZƏRBAYCANIN XİLASKARI VƏ QURUCUSUDUR”MÖVZUSUNA HƏSR OLUNUB

Sentyabrın 15-i Bilik Günündə məktəbdə ilk dərs "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusuna həsr olunub. Müəllimlər şagirdlərə Ulu Öndər Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu haqqında danışıblar. .Şagirdlərin diqqətinə çatdırılıb ki, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.Dərslərdə iştirak edən məktəbin direktoru Kəmalə Qədirova bildirib ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.