Pedaqoji şuranın növbəti iclası keçirilib

Məktəbin direktoru Kəmalə Qədirova pedaqoji kollektivi gündəlikdə olan məsələlərlə tanış edib. Sonra Pedaqoji şuranın 2023-2024-cü tədris ili üzrə yeni idarə heyyətinin (sədr və katibin) seçilməsi, məktəbin iş rejiminin və zəng cədvəlinin müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.Kəmalə xanım pedaqoji şurada 2022-2023-cü tədris ilinin nəticələri və 2023-2024-cü tədris ili üzrə qarşıda duran əsas məsələlər, məktəbin 2023-2024-cü tədris ili üzrə illik fəaliyyət planının, o cümlədən pedaqoji şuranın, direktor müavinlərinin, psixoloqun, hərbi rəhbərin, kitabxana müdirinin, UBTR-in illik fəaliyyət planlarının müzakirəsini aparıb. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova cari dərs ilində BSQ-nin aparılması, yay tədris tapşırıqlarının nəticələri barədə çıxış edib. Sonra Kəmalə xanım məktəb üzrə siniflərin komplektləşdirilməsi, I (bir) və X (onuncu) siniflərə şagird qəbulunun nəticələri, təmayül siniflərin komplektləşdirilməsi vəziyyəti barədə məlumat verib. Müəllimlərin 2023-2024-cü tədris ili üzrə dərs yükünün müəyyənləşdirilməsi, cari dərs ili üzrə sinif rəhbərlərinin təyini, metodşuranın və fənn metodbirləşmə rəhbərlərinin seçilməsi ilə bağlı məsələləri pedaqoji şura üzvlərinin diqqətinə çatdırıb. Təşkilatçı İradə İsmayılzadə 2023-2024-cü tədris ilində təhsilalanların vahid məktəbli geyim formasının tətbiqinə riayət etməsi haqqında, müəllimlərin və şagirdlərin tədris prosesində telefonlardan istifadəsinə məhdudiyyətin qoyulması barədə danışıb. Sonra məktəbin kitabxanaçısı Cəmilə Bayramova cari dərs ilində şagirdlərin dərsliklərlə təminatı haqqında məlumat verib. Sonda Kəmalə müəllim cari məsələlər barədə danışıb, müəllimlərə tapşırıqlar verib.