Məktəbdə Bilik Günü tədbiri keçirilib

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri Aygün Bayramova, məktəb rəhbərliyi, müəllim, valideyn və şagirdlər iştirak ediblər. Məktəbin direktoru Kəmalə Qədirova yeni tədris ilində uğurlar arzulayıb, məktəbin nailiyyətlərindən söz açıb. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov yeni tədris ili münasibətilə müəllim, valideyn və şagirdləri təbrik edib, şagirdlərə müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı arzulayıb. ”Heydər Əliyev” ili çərçivəsində həyata keçirilən müxtəlif istiqamətli tədbirlərdən danışıb. BŞTİ-nin İnsan resursları sektorunun müdiri Aygün Bayramova ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısından söz açıb.