MƏKTƏBDƏ MÜASİR METODİKİ XİDMƏTİN TƏŞKİLİ LAYİHƏSİNİN HESABATI DİNLƏNİLİB

    Məktəbimizin ibtidai siniflərdə təlim -tərbiyə işləri üzrə direktor müavini İlahə Məmmədova ARTİ MDPİM tərəfindən 2022-2023 cü tədris ilini əhatə edən 66 pilot məktəbin direktor müavinləri üçün keçirilən təlimlərdə iştirak edib. Sözügedən təlimlər “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi” fəaliyyət istiqamətinə əsaslanır. Məktəbdə layihə ilə bağlı görülən işlər barədə hesabat verilib. Hesabatda İlahə müəllim müəllimlərə təlim nəticələrini tərtib edilərkən nəyə diqqət yetirmək lazım olduğunu, təlim nəticələrinin tələbləri ,təlim nəticələrinin çıxarılmasında idrak taksonomiyasının rolu , qiymətləndirmə meyarları barədə ətraflı məlumat verib.Müəllim hesabatında bildirib ki, təlim nəticəsinə uyğun olaraq bir təlim nəticəsindən bir neçə qiymətləndirmə meyarı müəyyənləşə bilər. Bu, bir dərsdə və ya müxtəlif dərslərdə qiymətləndirilə bilər.Eyni zamanda hesabatda məktəbdaxili qiymətləndirmənin məqsədi, öyrənmə fəaliyyətini meyara və təlim nəticəsinə uyğunlaşdırılması haqqında danışılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi