Əbədi yaşayan qəhrəman oğullar

Qəhrəmanlıqları ilə dastan yazan igid oğullarımızı yad etmək, xatırlamaq, gələcək nəsillərə çatdırmaq hər birimizin üzərinə düşən ən müqəddəs vəzifədir, ən böyük şərəf və qürurdur. Bu gün Azərbaycanın Milli Qəhrəmanı Eldar Tağızadənin doğum günüdür. 164 nömrəli məktəbin müdiriyyəti və pedaqoji kollektivi Şəhidlər xiyabanında olublar. Doğma Vətənimizin işğalçılardan qorunması naminə canından keçən, əsl vətənpərvərlik nümunəsi göstərərək, şərəfli bir iz qoyub gedən şəhid Eldar Tağızadənin məzarına tər çiçəklər qoyublar, şəhidlərimizi dərin hörmətlə yad ediblər.