Fərqlənmə Attestatları təqdim olunub

Dövlətimizin məktəbə, təhsilə, müəllimə münasibəti ulu öndərimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir”, “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” kimi fikirlərində öz əksini tapmışdır. Bəli, doğrudan da, təhsil millətin gələcəyidir. Təhsil hər şəxsin, cəmiyyətin, xalqın və dövlətin həyatında inkişaf və tərəqqinin mənbəyidir. Əlbəttə, söhbət müasir tələblərə cavab verən, yüksək keyfiyyətli təhsildən gedir. Təhsil prosesinin həyata kecirildiyi məkan isə məktəbdir. Mübagiləsiz demək olar ki, millətin gələcəyi məktəbdə formalaşır. Məktəbin məhsulu onun məzunlarıdır. Bu gün biz öz məzunlarımızla fəxr edirik. Məktəbimizin 11-ci sinif şagirdləri - Qulamova İlayda, Kamranzadə Mətin, Nəzərli Ramin, Ələkbərli Toğrul, Həmzəyeva Ləman, Abbasova Aidə, Ağayeva Mədinə, Qasımov Nuru, Mehdiyev Rasim və 9-cu sinif şagirdləri Əliyeva Aysel, Yusifov Kənan, İsmaylova Nigar böyük nailliyət əldə edərək fərqlnmə attestatı alıblar. Məktəbin direktoru Kəmalə Qədirova şagirdlərə fərqlənmə attestatlarını təqdim edib. Onlara həyatda təhsildə uğurlar arzulayıb.