"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır”.H.Əliyev

Məktəbin  9"B" sinif şagirdlərinin iştirakı ilə "Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır”mövzusunda onlayn tədbir keçirilmişdir . Şagirdlər müzəffər ordumuzun şücaətindən, torpağa, ana yurda, vətənə bağlılığından danışdılar. Xalqımızın vətən uğrunda, torpaq uğrunda canından, qanından keçən saysız-hesabsız, unudulmaz qəhrəmanlarının hünərinə alqış dedilər. Tədbirin sonunda Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Bağırova qeyd etdi ki,
"Vətənpərvərlik təkcə dildən çıxan sözdən asılı deyil. Əsl vətənpərvər insan ona tapşırılmış vəzifəni mükəmməl yerinə yetirən, dövlətinə sadiq olan, millətini sevən, bayrağını sevən və hər an dövləti üçün heç bir təmənna güdmədən canını qurban verən şəxsdir. Budur vətənpərvərlik". Bu gün tarix yazan Azərbaycan ordusu öz vətənpərvərliyini canı, qanı ilə yerinə yetirir. Ali baş komandanımızın rəhbərliyi ilə doğma torpaqlarımızı  erməni işğalçılarından azad edir.Bu günün şagirdi sabahın əsgəridir. “Azərbaycan Qarabağdır.Canımız ona qurbandır”

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi