“12 dekabr -Ulu öndərimiz Heydər Əliyevin anım günüdür”

12 dekabr tarixində VIb sinfində (sinif rəhbəri Şükürova Ruqiyyə) “12 dekabr -Ulu öndərimiz Heydər Əliyevin anım günüdür” mövzusunda təşkilat saatı keçirildi. Təşkilat saatında tərbiyə işləri üzrə direktor müavini Əzimova Nəcibə, psixoloq Maniyeva Aygün və digər sinif rəhbərləri iştirak edirdilər.Əvvəlcə şagirdlər bir dəqiqəlik sükutlka ulu sərkərdəmiz və ulu öndərimiz Heydər Əliyevi yad etdilər.Sonra VI b sinif şagirdi Q.Aytac Heydər Əliyevin həyat və fəaliyyəti, onun hakimiyyətdə olduğu illəri haqqında ətraflı məlumat verdi. “Ucaltdı hər yerdə bayrağımızı, Tanıtdı dünyada varlığımızı” Ulu bir sərkərdə, Ulu bir öndər! misraları ilə başlayan bu şeiri isə Q.Aslan xüsusi intonasiya ilə və ürəkdən söylədi. VIb sinif şagirdlərindən M.Zahidə, M.Arzu, B.Həsən, B.Arif, Q.Mehruzə, Ə.Nadir ulu öndərimiz haqqında yazılan şeirləri ifa etdilər. Onlar bildirdilər ki, həqiqətən də o bizim bayrağımızı- milli qürur mənbəyimiz olan üçrəngli bayrağımızı isə bütün dünyada tanıtdı. Ulu öndərimiz H.Əliyevin əziz xatirəsi hər zaman daima bütün Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacaqdır.
“Sən oldun bu xalqa ümid və güvən,
Sən oldun dar gündə köməyə yetən,
Ulu bir sərkərdə, ulu bir öndər!”
Sonda VIb sinif şagirdləri təntənəli surətdə yaxşı oxuyub təhsil almalarına and içdilər.Həmin gün YAP-ın Xəzər rayon təşkilatında da Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbimizin direktoru, psixoloqu və bir neçə müəllim iştirak etdi.