1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib

29 may 2025-ci il tarixində məktəbdə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə II Ç (sinif müəllimi Səadət Quliyeva) və II D (sinif müəllimi Xatirə Quliyeva) sinif şagirdlərinin iştirakı ilə "Dünya bizim evimizdir!" adlı rəngarəng tədbir təşkil olunub.

Tədbirin açılışında məktəbin direktoru Gülər İsmayılova çıxış edərək qonaqları, valideynləri və şagirdləri salamlayıb, uşaqları bu əlamətdar gün münasibətilə təbrik edib. O, çıxışında uşaqların cəmiyyətin gələcəyi olduğunu vurğulayaraq onların hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb.

Tədbirdə şagirdlərin ifasında maraqlı şeir kompozisiyaları, mahnılar və rəqslər nümayiş olunub. Uşaqlar əllərində müxtəlif rəngli şarlarla çıxış edərək tədbirə bayram əhval-ruhiyyəsi bəxş ediblər. Tədbir qonaqlar və valideynlər tərəfindən böyük maraqla izlənilib.

Tədbirin sonunda məktəbəhazırlıq qrupunun uşaqları üçün də xüsusi bir hissə təşkil olunmuşdur. Onlar sonuncu dərs günlərini qeyd edib və artıq birinci sinfə qədəm qoymağa tam hazır olduqlarını nümayiş etdiriblər.

Bayram tədbiri xatirə şəkilləri və uşaqlara təqdim olunan hədiyyələrlə yadda qalan, şən bir gün kimi yekunlaşıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi