Şagirdimiz “AZƏRBAYCANIM” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalında

24 may tarixində Xətai Rayon icra Hakimiyyətinin qarşısında Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Radio və Televiziya Verilişləri Qapalı Səhmdar Cəmiyyəti,
Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan Nümayəndəliyi, Naxçıvan Rəssamlar Birliyi, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 28 may - Respublika gününə həsr olunmuş “AZƏRBAYCANIM” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı keçirilib.
Mövzusu "Mənim gözlərimlə Azərbaycan!" olan festivalda məktəbin VII B sinif şagirdi Almaz Rəhmanlının rəsm əsəri 2000-ə yaxın əsərin arasından seçilərək sərgidə nümayiş olunub və sonda diplomla mükafatlandırılıb.
Gənc rəssam Almazı ürəkdən təbrik edir və gələcək yaradıcılığında uğurlar arzulayırıq! Heç bir zaman dəstəyini əsirgəməyən məktəbin təsviri incəsənət müəllimi Təhminə Paşayevaya təşəkkür edirik.