Kiçik Akademiya

“Kitab klubu”nun dünya ədəbiyyatı ilə tanışlığıFevralın 22-də “Kiçik Akademiya”nın nəzdində fəaliyyət göstərən “Kitab klubu”nun (klubun rəhbəri ədəbiyyat müəllimi Quliyeva Aytac) növbəti müzakirəsi keçirilib. Müzakirənin keçirilməsinin əsas məqsədi şagirdlərin mütaliyəyə marağını artırmaq, onları dünya ədəbiyyatı ilə yaxından tanış etməkdən ibarət olub. Müzakirə kitabı Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün hərbi məktəblərin tədris planına salınmasını əmr etdiyi, Finlandiyanın yenidən qurulmasına həsr olunan Qriqori Petrovun “Ağ zanbaqlar ölkəsi” olub. Şagirdlər müzakirə boyu xalq-qəhrəman anlayışları barədə fikirlərini bölüşüb, həmçinin bir xalqın necə yenidən yaradılmasının qiyabi şahidi olublar.

Ətraflı

“Kitab klubu”nun Çarlz Dikkensin "Yeni il nəğməsi" əsərinin müzakirəsi keçirilibYanvar ayının ilk həftəsində “Kiçik Akademiya”nın nəzdində fəaliyyət göstərən  “Kitab klubu”nun növbəti müzakirəsi keçirilib. Yeni müzakirə kitabı məşhur ingilis yazarı Çarlz Dikkensin “Yeni il nəğməsi” əsəri olub. Şagirdlər əsər barədə fikirlərini səsləndirib, baş qəhrəman Skruçun simasında keçmiş, indi və gələcək barədə fikirlərini bölüşüblər.

Ətraflı

"Kitab klubu"nda yazıçı ilə bir gün   Oktyabrın 14-də 7-dən 17-yə vətənpərvər layihəsi çərçivəsində VIII- X sinif şagirdlərinin iştirakı ilə "Kiçik Akademiya"nın nəzdində fəaliyyət göstərən "Kitab klubu"nun (klubun rəhbəri ədəbiyyat müəllimi Quliyeva Aytac) növbəti iclası keçirilib. İclasın keçirilməsinin əsas məqsədi Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş, vətənpərvər şair, tanınmış maarifçi və ictimai xadim - Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünü qeyd etməkdən, şagirdləri onun həyat və yaradıcılığı ilə tanış etməkdən, onlarda bədii ədəbiyyata, mütaliəyə olan marağın artırılmasından ibarət olub.     Əhməd Cavadın 130 illiyinə həsr olunmuş görüşdə Azərbaycan yazıçısı, publisist, tərcüməçi, "Şükriyyə taleyim” kitabının müəllifi - Ülviyyə Tahir, “Parlaq imzalar” nəşriyyatının nümayəndəsi, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Babaxanova İradə, ədəbiyyat fənni üzrə metodbirləşmə sədri Məmmədova Gülsüm və ədəbiyyat müəllimləri iştirak edib. Görüşdə Ə.Cavadın həyat yoldaşı Şükriyyə xanımın timsalında repressiya dövründə “xalq düşməni” adı altında damğalanan ziyalılarımızın və onların ailəsinin başlarına gətirilən müsibətlər yada salınıb. Gənc nəslin məhz Ə.Cavad əqidəsi, Şükriyyə xanım dözümü ruhunda yetişdirilməsi mövzusuna toxunulub.     Sonda müəllif şagirdlərin kitablarını imzalayaraq onlara öz tövsiyələrini verib.

Ətraflı

“Kiçik Akademiya” nın yaradıcılıq müsabiqəsi elan olunub    Fevral ayında “Kiçik Akademiya”nın humanitar bölməsi 22 fevral - Dünya Düşünmə Günü münasibətilə V – XI sinif şagirdləri arasında yaradıcılıq müsabiqəsi elan edib. Müsabiqənin keçirilməsinin əsas məqsədi şagirdlərdə ədəbiyyat və incəsənətə maraq yaratmaq və yazı vərdişlərini formalaşdırmaqdan ibarət olub. Müsabiqədə məktəbin IX “A” sinif şagirdi Əlihümbətova Leylanın rəsm əsəri əsasında şagirdlərə düşüncələrini yazmaq tapşırılıb.  Yazılar yoxlanıldıqdan sonra aprelin 7-də məktəbin akt zalında nəticələr elan olunub. Belə ki, VIII “A” sinif şagiridi Məmmədzadə Elmira I yerə, VIII A” sinif şagirdi Babayeva Leyla II yerə və VII “E”  sinif şagirdi Hadıyev Hüseynağa III yerə layiq görülərək, məktəbin direktoru İsmayılova Gülər tərəfindən Sertifikatla mükafatlandırılıblar. Sonda xatirə şəkli çəkilib. 

Ətraflı

“Filosoflar qrupu”nun növbəti müzakirə saatı keçirilibMartın 10-da məktəbin tarix müəllimi Ağabəyova Mənzərin rəhbərlik etdiyi “Filosoflar qrupu”nun növbəti müzakirə saatı keçirilib. Müzakirə saatında filosof Zenonun “İçi hava dolu tuluğu suyun dibinə basmaq, insanı istəmədiyi bir işi görməyə məcbur etməkdən daha asantdır” mövzusunda söhbət aparılıb. Şagirdlər bu fikir haqqında öz düşüncələrini bölüşüblər. Disskusiyalar aparılıb. Sonda sevilərək edilən işin insana xeyir verə biləcəyinə qərar verilib. Söhbətdə tərbiyə işləri üzrə direktor müavini Əzimova Nəcibə və kitabxanaçılar iştirak edib.

Ətraflı

“Filosoflar klubu” fəaliyyətə başlayıb    Martın 2-də V sinif şagirdlərinin iştirakı ilə “Kiçik Akademiya”nın tərkibində yaradılan “Filosoflar klubu” fəaliyyətə başlayıb. Kluba tarix müəllimi Ağabəyova Mənzər rəhbərlik edir. Klubun yaradılamsında məqsəd şagirdlər üçün məktəbdə yeni öyrənmə modeli yaratmaq, asudə vaxtının dəyərləndirilməsi, özünü dərk edən azad düşüncəli, yeri gəldikdə filosoflar kimi düşünməyi bacaran şəxsiyyət yetişdirməkdir. Müzakirə zamanı şagirdlər filosofların söylədikləri  fikirləri təhlil edərək, bü günümüzün tələblərinə uyğunlaşdırılıb.

Ətraflı

“Ölülər” tamaşası izlənilibYanvarın 16-da Kiçik Akademiyanın tərkibində yaradılan “Kitab Klubu”nun növbəti tədbiri keçirilib. Belə ki, “Kitab Klubu”nun üzvləri müzakirə əsəri olan “Ölülər” tragikomediyasının motivləri əsasında qurulan “Ölülər” tamaşasını izləyiblər. Tamaşanın izlənilməsində məqsəd şagirdlərin oxuduqları əsəri vizual şəkildə görməyini təmin etməklə əsərdən alınan bədii zövqü artırmaq olub.

Ətraflı

“Kiçik Akademiya”nın növbəti toplantısı keçirilibDekabrın 13-də “Kiçik Akademiya”nın növbəti toplantısı keçirilib. “Kiçik Akademiya”nın tərkibində yaradılan “Kitab Klubu”nun üzvləri ilə Bakumoz Books Kitab Evinin əməkdaşı Səadət Dadaşova, Oring Book Club - Kitab Klubunun üzvü Lamiyə Quliyeva və Esmeralda İsayevanın görüşü keçirilib. Şagirdlərə Əvvəlcədən “Balaca Şəhzadə” əsərini oxumaq tapşırığı verilib. Öncə qonaqlar kitab haqqında öz fikirlərini söyləyib. Əsərin məqsədi və ideyası aydınlaşdırılıb. Şagirdlər əsərlə bağlı fikirlərini səsləndiriblər. Sonda qonaqlar tərəfindən kiçik hədiyyələr təqdim olunaraq, xatirə şəkli çəkilib.

Ətraflı

“Kitab klubu” yaradılıb    Məktəbdə “Kiçik Akademiya”nın tərkibində  “Kitab klubu” yaradılıb. Bura üzv yazılmaq istəyən VI - X  sinif şagirdlərinin sayı 98 nəfər olub. Bu klubun yaradılmasında məqsəd şagirdlərin kitaba olan marağının, mütaliə vərdişlərinin artırılmasından ibarət olub.     Noyabrın 23-də seçim turu keçirilib. Bunun üçün məktəbin direktoru İsmayılova Gülər, “Kiçik Akademiya”nın prezidenti Quliyva Aytac, təlim-tərbiyə işləri üzrə direktor müavini Məmmədova Küşvər, tərbiyə işləri üzrə direktor müavini Əzimova Nəcibə daxil olan tərkibdə münsiflər heyəti təyin olunub. Şagirdlərə şair Nazim Hikmətin “Kərəm kimi” şeirindən “Sən yanmasan, mən yanmasam, biz yanmasaq, necə çıxar qaranlıq aydınlığa?” misralarına şifahi şəkildə təqdimatlar hazırlayaraq, öz fikirlərini söyləyiblər. Münsiflər heyətinin rəyinə əsasən 17 nəfər “Kitab klubu”na üzv seçilib.

Ətraflı

İlk lüğətçi -Mahmud Kaşğari haqqında bildiklərimiz    Yanvarın 13-də “Kiçik Akademiya”nın Dilçilik kafedrasının (kafedra müdiri Tahirə Bağırzadə) üzvləri ilk lüğətçi Mahmud Kaşğari haqqında araşdırmalar aparıb onun həyatı, fəaliyyəti haqqında təqdimatlar hazırlayıblar. Müxtəlif dövrlərdə çap olunmuş lüğətlər haqqında məlumatlar hazırlayıblar. Kafedra üzvləri türkologiyanın banisi, dünya ədəbiyyatında türkdilli xalqların ilk lüğəti olan “Divanü Lüğat-it-Türk” müəllifi kimi şöhrət qazanmış Mahmud  Kaşğari haqqında geniş məlumat veriblər.

Ətraflı

“Dilimizi necə inkişaf etdirməli?” mövzusunda “Kiçik Akademiya”nın növbəti iclası keçirilib Dekabrın 9-da “Kiçik Akademiya”nın Humanitar bölməsinin “Dilçilər kafedra”sına daxil olan şagird qrupu “Dilimizi necə inkişaf etdirməli?” mövzusunda araşdırma aparıb. Kafedranın rəhbəri VIII sinif şagirdi Bağırzadə Tahirə mövzu ilə əlaqədar öz fikirlərini söyləyib. Şagirdlər hazırladıqları təqdimatlarda  dilimizin inkişafının məqsəd və vəzifələrini izah ediblər. Dilimizin inkişafı üçün lazım olan amillərdən danışıblar. Dilin ünsiyyət vasitəsi olması yaşadığımız ərazidə işlənən dialekt sözləri araşdırıb müzakirə ediblər. Hazırladıqları divar qəzetində bu işlər öz əksini tapıb.

Ətraflı

“Kiçik Akademiya”nın "İqtisadiyyat Kafedrası"na daxil olan şagirdlər seminar keçirib“Kiçik Akademiya”nın sosial –iqtisadi bölməsinin “İqtisadiyyat Kafedrası”na daxil olan şagirdlər noyabrın 29-da növbəti seminar keçirib. Seminarın mövzusu “Sosial-iqtisadi inkişaf istiqamətində dövlətimizin gördüyü işlər” olub. Burada şagirdlər ölkəmizin siyasi-sosial-iqtisadi həyatında baş verən sürətli inkişaf islahatlarından, keçirilən səmərəli əməlin tədbirlərindən, demokratik təsisatlardan hazırladıqları təqdimat işlərini oxuyaraq, izah ediblər. Belə ki, onlar günü-gündən inkişaf edən Azərbaycan Respublikasında baş verən dəyişikliklərdən, respublikamızın gündən-günə güclənən iqtisadiyyatından danışıblar.Təqdimatların sonunda məktəbin tərbiyə işləri üzrə drektor müavini Əzimova Nəcibə şagirdlərin tədqiqat işlərinin bəyənildiyini, ölkəmizi inkişaf etmiş demokratik dövlətlər səviyyəsinə çatdırmağın məhz bu gənclərin əsas vəzifələrdən biri olmasını qeyd edib.

Ətraflı

Məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya" haqqında ümumi məlumatXəzər rayonu 156 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 2019-cu ilin sentyabr ayından fəaliyyətə başlayıb. Əsas məqsəd şagirdlərin elmi axtarışlara cəlb edilməsi, onların yaradıcılıq qabiliyyətinin formalaşdırılması, istedadlı şagirdlərin üzə çıxarılması, onların sərbəst şəkildə elmi məruzələrlə çıxış etməsi, müxtəlif referatlar hazırlaması, texniki yaradıcılıq işləri ilə məşğul olmaq bacarığı yaratmasından ibarətdir. İlk öncə “Kiçik Akademiya”nın fəaliyyət planı hazırlanaraq məktəb direktoru tərəfindən təsdiq edildi. Müəllimlərin köməyi ilə Akademiyaya üzvlər seçildi. Ilk iclasda onlar fəaliyyət planı ilə tanış oldular. “Kiçik Akademiya”nın prezidenti məktəbin tərbiyə işləri üzrə direktor müavini Əzimova Nəcibə, vitseprezidenti isə VIIId sinif şagirdi Quliyeva Məhbub, onun müavinləri və müxtəlif bölmələrə rəhbərlər və üzvlər seçildi. Məktəbin direktoru Heydərov Məqsud və təlim-tərbiyə işləri üzrə direktor müavini Babaxanova İradə şagirdləri təbrik edib, bu işdə onlara uğurlar dilədi. I Fərqanə Abbasova IXd Humanitar bölmə II Əliyeva Nahidə VIIa Təbiət və ekologiya III Əkbərov Məhəmməd Xa Texniki bölmə IV Qasımzadə Kənan VIIIç İncəsənət V Bədəlzadə Hüseyn IXd Sosial İqtisadiyyat VI Ağayeva Ayan VIb Mərhəmət Ay ərzində “Kiçik Akademiya”nın rəhbərlərinin iclası keçirildi və ayrı-ayrı rəhbərlərə tapşırıqlar verildi. Müxtəlif mövzulara aid təqdimatlar, referatlar hazırlamaq tapşırıldı. Bölgü aparıldı, işlər planlaşdırıldı.

Ətraflı
HAQQIMIZDA

    Xəzər rayonu 156 nömrəli tam orta məktəb Şüvəlan qəsəbəsində yerləşir. 1935-ci ildə mədrəsə adı ilə tik...

BİZİM FƏXRLƏRİMİZ

Kamran Dadaşov İlham

Meyransa Quliyeva Kamran

HAQQIMIZDA

    Xəzər rayonu 156 nömrəli tam orta məktəb Şüvəlan qəsəbəsində yerləşir. 1935-ci ildə mədrəsə adı ilə tik...

BİZİM FƏXRLƏRİMİZ

Kamran Dadaşov İlham

Meyransa Quliyeva Kamran

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi