HAQQIMIZDA

    Xəzər rayonu 156 nömrəli tam orta məktəb Şüvəlan qəsəbəsində yerləşir. 1935-ci ildə mədrəsə adı ilə tikilmiş (Axund Zeynulla adlı şəxs tərəfindən), sonra Ruhulla Axundovun (ilk Xalq Maarif Naziri) köməyi ilə məktəb kimi fəaliyyətə 1935-ci ildə başlamışdır. Məktəb binası 1941-1945-ci illərdə qospital kimi istifadə olunub. Həmin illərdə  məktəb öz fəaliyyətini hərbi-komissarlığın binasında davam etdirmişdir. O dövrdə rayonda (Əzizbəyov rayonu) heç bir məktəbdə tam orta təhsil səviyyəsi olmadığından bütün qəsəbələrdən bu məktəbə tam orta təhsil almaq üçün şagirdlər gəlmişlər. Hal-hazırda məktəbin  88 yaşı var. 2006-cı ilin iyul ayında məktəb Heydər Əliyev fondu tərəfindən sökülüb, yenidən tikilib. Sinif otaqları, laboratoriyalar, kitabxana, idman zalı, akt zalı, yeməkxana, 5 yaşlı uşaqlar üçün şərait müasir məktəb səviyyəsindədir. Hal-hazırda məktəbdə 1916 şagird təhsil alır, məktəb iki növbəli, 5 günlükdür. Bu şagirdlərin təlim- tərbiyəsi ilə 103 müəllim məşğul olur. Məktəbin məzunları içərisindən tanınmış, görkəmli, məsul vəzifədə çalışan, xeyirxah işlər ilə xalqın rəğbətini qazanan insanlar, xaricdə təhsil alaraq vətənə qayıdanların sayı da günü gündən artır. Məktəb fəaliyyət göstərdiyi dövrdə bir çox nailiyyətlər qazanıb. Hal-hazırda məktəbə İsmayılova Gülər Bəhram qızı rəhbərlik edir. Son dövrlərdə məktəbi qızıl medalla, Fərqlənmə attestatları ilə bitirən,  Respublika Fənn Olimpiadalarında qalib gələn, Ali məktəblərə qəbul imtahanlarında 500-600-dən yuxarı bal toplayan Respublikanın və dünyanın aparıcı ali məktəblərinə daxil olan, idman sahələrində böyük nailiyyətlər  göstərən şagirdlərimiz də xeyli saydadır. Məktəbdə  II Qarabağ Müharibəsində 27 nəfər məzunumuz böyük şücaətlər göstərmiş, medallarla təltif olunmuşlar. Məktəbin foyesində Zəfər Muzeyi hazırlanmışdır. Hal-hazırda məktəb rəhbərliyi təhsilin keyfiyyətinin yüksəldilməsi, inkişaf etdirilməsi, şagirdlərin meyl-marağına görə qurulması, istedadlı şagirdlərin aşkara çıxarılması üzrə səylə çalışırlar. Müəllim və şagird heyəti demək olar ki, elan olunan bütün layihələrdə və müsabiqələrdə fəal iştirak edərək təltif olunublar. Belə ki, məktəb 2022-2023-cü tədris ilində  IX sinif buraxılış imtahan nəticələrinə görə Bakı şəhəri üzrə 79 pillə, Xəzər rayonu üzrə 10 pillə, XI sinif buraxılış imtahanı nəticələrinə görə Bakı şəhəri üzrə 26 pillə, Xəzər rayonu üzrə 7 pillə irəliləmişdir. Məktəbin XI sinif məzunu Abdullayev Fərid məktəbi qızıl medalla və xüsusi nümunəli attestatla bitirib. RFO üzrə  məktəbin IX sinif şagirdi Ağayeva Ayan (fənn  Coğrafiya) gümüş medala, RFM üzrə məktəbin VII sinif şagirdi Kamil Şahbazlı (fənn Biologiya) bürünc medala, X sinif şagirdi Mirzəzadə Yəhya və II sinif şagirdi Fətullayev Cavidan Sinqapur şəhərində keçirilən SİMOC Beynəlxalq Riyaziyyat Olimpiadasında III yer qazanaraq, bürünc medala  layiq görülüblər. Məktəbin direktoru İsmayılova Gülər Bəhram qızı  2021-ci ildə yüksək təlim naliyyətlərinə görə Bakı Şəhər Təhsil İdarəsi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. Məktəbin ingilis dili müəllimi Hüseynova Şəlalə BŞTİ  tərəfindən keçirilmiş "Yaradıcı müəllim: inkişaf edək, etdirək" təqdimat müsabiqəsinin qalibi olaraq  II yeri qazanıb,  BŞTİ-nin Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Hərbi Bilik” yarışında məktəbin komandası Bakı şəhəri üzrə II yeri qazanıb. Bu işlərin ardıcıl və məqsədyönlü şəkildə aparılması üçün strateji planlaşdırmaya uyğun olaraq, pedaqoji kollektiv səylə, daha böyük hədəflərə doğru birlikdə çalışır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi