“Kitab klubu” yaradılıb

    Məktəbdə “Kiçik Akademiya”nın tərkibində  “Kitab klubu” yaradılıb. Bura üzv yazılmaq istəyən VI - X  sinif şagirdlərinin sayı 98 nəfər olub. Bu klubun yaradılmasında məqsəd şagirdlərin kitaba olan marağının, mütaliə vərdişlərinin artırılmasından ibarət olub.     Noyabrın 23-də seçim turu keçirilib. Bunun üçün məktəbin direktoru İsmayılova Gülər, “Kiçik Akademiya”nın prezidenti Quliyva Aytac, təlim-tərbiyə işləri üzrə direktor müavini Məmmədova Küşvər, tərbiyə işləri üzrə direktor müavini Əzimova Nəcibə daxil olan tərkibdə münsiflər heyəti təyin olunub. Şagirdlərə şair Nazim Hikmətin “Kərəm kimi” şeirindən “Sən yanmasan, mən yanmasam, biz yanmasaq, necə çıxar qaranlıq aydınlığa?” misralarına şifahi şəkildə təqdimatlar hazırlayaraq, öz fikirlərini söyləyiblər. Münsiflər heyətinin rəyinə əsasən 17 nəfər “Kitab klubu”na üzv seçilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi