“Kiçik Akademiya” nın yaradıcılıq müsabiqəsi elan olunub

    Fevral ayında “Kiçik Akademiya”nın humanitar bölməsi 22 fevral - Dünya Düşünmə Günü münasibətilə V – XI sinif şagirdləri arasında yaradıcılıq müsabiqəsi elan edib. Müsabiqənin keçirilməsinin əsas məqsədi şagirdlərdə ədəbiyyat və incəsənətə maraq yaratmaq və yazı vərdişlərini formalaşdırmaqdan ibarət olub. Müsabiqədə məktəbin IX “A” sinif şagirdi Əlihümbətova Leylanın rəsm əsəri əsasında şagirdlərə düşüncələrini yazmaq tapşırılıb.  Yazılar yoxlanıldıqdan sonra aprelin 7-də məktəbin akt zalında nəticələr elan olunub. Belə ki, VIII “A” sinif şagiridi Məmmədzadə Elmira I yerə, VIII A” sinif şagirdi Babayeva Leyla II yerə və VII “E”  sinif şagirdi Hadıyev Hüseynağa III yerə layiq görülərək, məktəbin direktoru İsmayılova Gülər tərəfindən Sertifikatla mükafatlandırılıblar. Sonda xatirə şəkli çəkilib. 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi