"Kitab klubu"nda yazıçı ilə bir gün

   Oktyabrın 14-də 7-dən 17-yə vətənpərvər layihəsi çərçivəsində VIII- X sinif şagirdlərinin iştirakı ilə "Kiçik Akademiya"nın nəzdində fəaliyyət göstərən "Kitab klubu"nun (klubun rəhbəri ədəbiyyat müəllimi Quliyeva Aytac) növbəti iclası keçirilib. İclasın keçirilməsinin əsas məqsədi Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş, vətənpərvər şair, tanınmış maarifçi və ictimai xadim - Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünü qeyd etməkdən, şagirdləri onun həyat və yaradıcılığı ilə tanış etməkdən, onlarda bədii ədəbiyyata, mütaliəyə olan marağın artırılmasından ibarət olub.     Əhməd Cavadın 130 illiyinə həsr olunmuş görüşdə Azərbaycan yazıçısı, publisist, tərcüməçi, "Şükriyyə taleyim” kitabının müəllifi - Ülviyyə Tahir, “Parlaq imzalar” nəşriyyatının nümayəndəsi, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Babaxanova İradə, ədəbiyyat fənni üzrə metodbirləşmə sədri Məmmədova Gülsüm və ədəbiyyat müəllimləri iştirak edib. Görüşdə Ə.Cavadın həyat yoldaşı Şükriyyə xanımın timsalında repressiya dövründə “xalq düşməni” adı altında damğalanan ziyalılarımızın və onların ailəsinin başlarına gətirilən müsibətlər yada salınıb. Gənc nəslin məhz Ə.Cavad əqidəsi, Şükriyyə xanım dözümü ruhunda yetişdirilməsi mövzusuna toxunulub.     Sonda müəllif şagirdlərin kitablarını imzalayaraq onlara öz tövsiyələrini verib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi