“Dilimizi necə inkişaf etdirməli?” mövzusunda “Kiçik Akademiya”nın növbəti iclası keçirilib

 Dekabrın 9-da “Kiçik Akademiya”nın Humanitar bölməsinin “Dilçilər kafedra”sına daxil olan şagird qrupu “Dilimizi necə inkişaf etdirməli?” mövzusunda araşdırma aparıb. Kafedranın rəhbəri VIII sinif şagirdi Bağırzadə Tahirə mövzu ilə əlaqədar öz fikirlərini söyləyib. Şagirdlər hazırladıqları təqdimatlarda  dilimizin inkişafının məqsəd və vəzifələrini izah ediblər. Dilimizin inkişafı üçün lazım olan amillərdən danışıblar. Dilin ünsiyyət vasitəsi olması yaşadığımız ərazidə işlənən dialekt sözləri araşdırıb müzakirə ediblər. Hazırladıqları divar qəzetində bu işlər öz əksini tapıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi