“Kiçik Akademiya”nın "İqtisadiyyat Kafedrası"na daxil olan şagirdlər seminar keçirib

“Kiçik Akademiya”nın sosial –iqtisadi bölməsinin “İqtisadiyyat Kafedrası”na daxil olan şagirdlər noyabrın 29-da növbəti seminar keçirib. Seminarın mövzusu “Sosial-iqtisadi inkişaf istiqamətində dövlətimizin gördüyü işlər” olub. Burada şagirdlər ölkəmizin siyasi-sosial-iqtisadi həyatında baş verən sürətli inkişaf islahatlarından, keçirilən səmərəli əməlin tədbirlərindən, demokratik təsisatlardan hazırladıqları təqdimat işlərini oxuyaraq, izah ediblər. Belə ki, onlar günü-gündən inkişaf edən Azərbaycan Respublikasında baş verən dəyişikliklərdən, respublikamızın gündən-günə güclənən iqtisadiyyatından danışıblar.Təqdimatların sonunda məktəbin tərbiyə işləri üzrə drektor müavini Əzimova Nəcibə şagirdlərin tədqiqat işlərinin bəyənildiyini, ölkəmizi inkişaf etmiş demokratik dövlətlər səviyyəsinə çatdırmağın məhz bu gənclərin əsas vəzifələrdən biri olmasını qeyd edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi