Məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya" haqqında ümumi məlumat

Xəzər rayonu 156 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 2019-cu ilin sentyabr ayından fəaliyyətə başlayıb. Əsas məqsəd şagirdlərin elmi axtarışlara cəlb edilməsi, onların yaradıcılıq qabiliyyətinin formalaşdırılması, istedadlı şagirdlərin üzə çıxarılması, onların sərbəst şəkildə elmi məruzələrlə çıxış etməsi, müxtəlif referatlar hazırlaması, texniki yaradıcılıq işləri ilə məşğul olmaq bacarığı yaratmasından ibarətdir. İlk öncə “Kiçik Akademiya”nın fəaliyyət planı hazırlanaraq məktəb direktoru tərəfindən təsdiq edildi. Müəllimlərin köməyi ilə Akademiyaya üzvlər seçildi. Ilk iclasda onlar fəaliyyət planı ilə tanış oldular. “Kiçik Akademiya”nın prezidenti məktəbin tərbiyə işləri üzrə direktor müavini Əzimova Nəcibə, vitseprezidenti isə VIIId sinif şagirdi Quliyeva Məhbub, onun müavinləri və müxtəlif bölmələrə rəhbərlər və üzvlər seçildi. Məktəbin direktoru Heydərov Məqsud və təlim-tərbiyə işləri üzrə direktor müavini Babaxanova İradə şagirdləri təbrik edib, bu işdə onlara uğurlar dilədi. I Fərqanə Abbasova IXd Humanitar bölmə II Əliyeva Nahidə VIIa Təbiət və ekologiya III Əkbərov Məhəmməd Xa Texniki bölmə IV Qasımzadə Kənan VIIIç İncəsənət V Bədəlzadə Hüseyn IXd Sosial İqtisadiyyat VI Ağayeva Ayan VIb Mərhəmət Ay ərzində “Kiçik Akademiya”nın rəhbərlərinin iclası keçirildi və ayrı-ayrı rəhbərlərə tapşırıqlar verildi. Müxtəlif mövzulara aid təqdimatlar, referatlar hazırlamaq tapşırıldı. Bölgü aparıldı, işlər planlaşdırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi