Böyük summativ qiymətləndirməyə start verilib

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair təlimata və məktəbin illik Fəaliyyət Planına uyğun olaraq əldə edilmiş şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə 2024/2025-ci tədris ili ikinci yarımil üzrə Böyük summativ qiymətləndirməyə start verilib.
BSQ vasitələri ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanıb.
Böyük Summativ Qiymətləndirməyə məktəbin direktoru Gülər İsmayılova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri İradə Babaxanova və nəzarətçi müəllimlər nəzarət edib.