Böyük Summativ qiymətləndirmə davam edir

   Mayın 30-da 2024-2025-ci tədris ilinin II yarımili üzrə VIII siniflərdə Böyük Summativ Qiymətləndirmə (BSQ) keçirilib. Böyük Summativ Qiymətləndirmənin keçirilməsinin əsas məqsədi müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarət olub. BSQ vasitələri ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanıb.

Böyük Summativ Qiymətləndirmə məktəbin direktoru Gülər İsmayılova, təlim-tərbiyə işləri üzrə direktor müavini İradə Babaxanova və fənnlər üzrə metodbirləşmə rəhbərləri tərəfindən aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi