"Qərbi Azərbaycan İcması"nın Xəzər rayon nümayəndəliyi üzvlərinin iştirakı ilə görüş keçirilib

27.05.2025 tarixində 156 nömrəli məktəbin akt zalında "Qərbi Azərbaycan İcması"nın Xəzər rayon nümayəndəliyi üzvlərinin iştirakı ilə görüş keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb. Daha sonra məktəbin direktoru Gülər İsmayılova qonaqları salamlayaraq, "28 May – Müstəqillik Günü" münasibətilə təbrik edib. Tədbirdə QAİ-nın Xəzər rayon nümayəndəsi Alı Alıyev, Xəzər rayon İH -hümanitar məsələləri üzrə şöbəsinin müdir müavini Çərkəz Tanrıverdiyev və icma üzvləri iştirak ediblər. Tədbirdə QAİ-nin Xəzər rayon nümayəndəsi Alı Alıyev, məktəbin tarix müəllimləri Mənzər Ağabəyova və Elxan Kazımov çıxış edərək "28 may 1918- ci il və 28 aprel 1920-ci il tarixlərinin Qərbi Azərbaycan tarixində yeri" mövzusunda geniş məlumat veriblər.
Həmçinin görüşdə icma üzvləri “Qərbi Azərbaycana qayıdış” olimpiadasında finala vəsiqə qazanan X B sinif şagirdləri Elvin Vəliyevi, Oqtay Ağayevi və Fatimə Quluzadəni təbrik edərək, uğurlar arzu ediblər.