“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib

11 aprel 2025-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərdəkan qəsəbəsində yerləşən S.Rüstəm adına Xarici Dillər Təmayüllü gimnaziyada “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Konfransda məktəbin tarix müəllimi Mənzər Agabəyova və X B sinif şagirdi Nəzrin Həsənli təmsil edirdi. Onun "Atabəylər dövləti-Şəmsəddin Eldəniz" mövzusunda hazırladığı referat rayon mərhələsinin qalibi olub. Mənzər müəllim və şagirdimiz Nəzrin Xəzər rayon İcra Hakimiyyəti tərəfindən təşəkkürnamə ilə təltif olunub.

Bu münasibətlə şagirdimizi və Mənzər müəllimi təbrik edir, uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi