İlk tibbi yardım üzrə maarifləndirici təlim məktəbimizdə uğurla həyata keçirildi!

İlk tibbi yardım üzrə maarifləndirici təlim məktəbimizdə uğurla həyata keçirildi!

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq məktubuna əsasən, 144 nömrəli tam orta məktəbdə “İlk yardım” mövzusunda təlimlər təşkil olundu.

 Təlimlər zamanı məktəbin həkimi Vəfa Namazova və tibb bacısı Səbinə Babayeva tərəfindən ilkin tibbi yardımın əsas qaydaları haqqında şagirdlərə və əməkdaşlara ətraflı məlumat verildi. Həmçinin, praktiki göstərişlər nümayiş etdirildi.

 Məqsəd - məktəb mühitində qəfil baş verə biləcək hallarda operativ tibbi müdaxilənin əsaslarını öyrətmək, həyat qurtarma bacarıqlarını aşılamaqdır.

 Unutmayaq ki, ilk tibbi yardım hər kəsin bilməli olduğu həyat xilas edən bir bilikdir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi