4-cü sinif şagirdlərinə imtahan həyəcanını dəf etməyə dəstək

4-cü sinif şagirdlərinə imtahan həyəcanını dəf etməyə dəstək

Mayın 17-də keçiriləcək monitorinq imtahanı öncəsi 4-cü sinif şagirdlərimizlə məktəb psixoloqu tərəfindən psixoloji dəstək görüşü keçirildi. Görüş zamanı uşaqlara imtahan həyəcanının normal və keçici bir hiss olduğu izah edildi. Həyəcanın onların hazır olduqları biliklərin unudulmasına səbəb ola biləcəyini, lakin doğru tənəffüs və düşüncə üsulları ilə bu hissi idarə etməyin mümkün olduğu vurğulandı.

Dəstək tədbiri çərçivəsində:
    •    Uşaqlarla imtahan həyəcanının səbəbləri və onunla mübarizə yolları haqqında söhbət aparıldı.
    •    Sadə nəfəs məşqləri və qısa meditasiya ilə zehni rahatlatma çalışmaları edildi.
    •    Müsbət düşüncə təlqinləri vasitəsilə özlərinə inamlarını artırmağa yönəlmiş kiçik psixoloji tapşırıqlar yerinə yetirildi.
    •    “Mən bacararam”, “Əsas olan cəhd etməkdir” kimi ifadələrlə onları ruhlandırdıq.

Uşaqlar bu prosesə maraqla qoşuldular və tədbirdən sonra özlərini daha sakit və güvənli hiss etdiklərini bildirdilər.

Onların imtahana rahat və özlərinə inamlı bir şəkildə daxil olmaları üçün psixoloji dəstəyin vacibliyini bir daha müşahidə etdik. Balacalarımıza uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi