Səid Əzim Şirvani – maarifçiliyimizin parlaq simasını yad etdik.

Səid Əzim Şirvani – maarifçiliyimizin parlaq simasını yad etdik.

20 may 1888-ci il — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, maarifçi, şair və müəllim Səid Əzim Şirvaninin vəfat etdiyi gündür. Bu il dahi ədibin dünyasını dəyişməsinin 137-ci ili tamam oldu. Onun milli oyanışa, maarifə və ədəbiyyatımıza verdiyi töhfələri xatırlamaq və yeni nəsillərə tanıtmaq məqsədilə məktəbin Azərbaycan dili müəllimi Cəmalə Dadaşovanın rəhbərliyi altinda məktəb kitabxanasında 7B sinif şagirdlərinin iştirakı ilə anım tədbiri keçirildi.

Tədbirin əsas məqsədi S. Ə. Şirvaninin həyat və yaradıcılığı ilə tanışlıq, onun maarifçilik ideyalarının bu gün üçün əhəmiyyətini dəyərləndirmək və şagirdlərdə milli-mənəvi dəyərlərə maraq oyatmaq idi. Şagirdlər Səid Əzim Şirvaninin həyatının maraqlı məqamlarını təqdim etdilər, onun şeirlərindən nümunələr səsləndirdilər və maarifçilik fəaliyyəti haqqında maraqlı faktlarla çıxış etdilər.

Tədbir, yalnız bir ədibi yad etməklə kifayətlənmədi, eyni zamanda gənc nəslin milli irsimizə olan bağlılığını gücləndirən, onları milli düşüncə ilə böyütməyə xidmət edən dəyərli bir dərs oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi