“Təbiətə Əlimiz Dəysin – Ekoloji Dəyərlərin Səssiz Rəngi” layihəsi uğurla yekunlaşdı!

“Təbiətə Əlimiz Dəysin – Ekoloji Dəyərlərin Səssiz Rəngi” layihəsi uğurla yekunlaşdı!
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Yaşıl layihə – Süveren Dövlətin Ekoloji Dəyərləri” tədbirlər planına uyğun olaraq 144 nömrəli məktəbdə həyata keçirilən “Təbiətə Əlimiz Dəysin – Ekoloji Dəyərlərin Səssiz Rəngi” adlı layihə bu gün keçirilən tədbirlə uğurla yekunlaşdı.
Layihənin yekun günündə məktəbdə şagirdlərin hazırladığı ekoloji mövzulu rəsm sərgisi təşkil olundu. Məktəb ictimaiyyətinin (müəllim, valideyn və şagirdlər) iştirakı ilə keçirilən səsvermə nəticəsində birinci, ikinci və üçüncü yerin qalibləri seçildi, daha üç şagird isə təşəkkürnamə ilə təltif olundu.
Tədbirin əsas mesajını ifadə edən hissələrdən biri də məktəb həyətində ağacların, çiçəklərin və gül kollarının əkilməsi oldu. Şagirdlər bu fəaliyyət zamanı təbiətə qarşı diqqətli və məsuliyyətli münasibətin vacibliyini, ağacların həyatımızdakı rolunu, və təbiətə dəyər verməyin cəmiyyətin gələcəyinə dəyər vermək olduğunu öz sözləri ilə ifadə etdilər.