Hollandın Peşə Seçimi İnventarı

9-cu sinif şagirdləri arasında Hollandın Peşə Seçimi İnventarı (Holland’s Vocational Interest Inventory) sorğusunun keçirilməsi, onların maraq dairələrini və şəxsi meyllərini müəyyən etməyə yönəlmişdir. Bu sorğunun əsas məqsədi şagirdlərin gələcəkdə seçmək istədikləri peşənin onların şəxsiyyət xüsusiyyətlərinə və maraqlarına nə dərəcədə uyğun olduğunu təhlil etməkdir.

Peşə seçimi həyatın ən vacib qərarlarından biridir və bu seçimdə düzgün istiqamət almaq gənclərin həm şəxsi, həm də peşəkar inkişafları üçün böyük əhəmiyyət daşıyır. Bu baxımdan, sorğunun nəticələri şagirdlərin seçdikləri peşə sahəsində nə qədər uyğun və düzgün yolda olduqlarını müəyyən etməyə kömək edir.

Sorğunun nəticələri əsasında şagirdlərə fərdi istiqamətləndirmə verilmiş, onların maraq göstərdikləri peşələrin uyğunluğu və perspektivləri barədə məlumat təqdim olunmuşdur. Bu, həmçinin şagirdlərin öz potensiallarını daha dərindən tanımasına və məqsədyönlü şəkildə gələcək planlarını qurmasına imkan yaratmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi