“ İdmansevənlər!” layihəsi təltif olunma

“ İdmansevənlər!” layihəsi çərçivəsində Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Kəmalə Mirzəliyevanın təşkilatçılığı ilə məktəbə dəvət olunan bir qrup idmançılar, karate ustaları - Avropa Dünya çempionu, Avropa Oyunlarının bürünc medalçısı, İslam oyunlarının gümüş medalçısı, Dünya Oyunlarının çempionu, Tərəqqi medalı ilə təltif olunmuş Əliyev Niyazi,

Avropa ve Dünya çempionu, Avropa oyunlarının qızıl medalçısı, İslam oyunlarının qızıl medalçısı, Şöhrət ordenli Ayxan Mamayev, Avropa ve Dünya çempionu, İslam oyunlarının bürünc medal mükafatçısı, Avropa oyunlarının qızıl medalçısı, Prezident mukafatçısı Asiman Qurbanlı, Avropa Dünya çempionu, İslam oyunlarının gümüş medalçısı, Dünya oyunlarının qalibi ve prezident mükafatçısı Şahin Atamov idmansevər şagirdlərlə görüşdülər. Onlar idman sahəsində qarşılaşdıqları çətinliklərdən, qazandıqları nailiyyətlərindən danışdılar. Daha sonra idmanın insan həyatında rolu, sağlamlığa müsbət təsiri, pis vərdişlərdən uzaq durmağa köməyini önə çəkildi. İdmançılarımız eyni zamanda idman sahəsi seçimində tərəddüd edən şagirdlərimizin fikirlərinin qərarlaşmasına da dəstək oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi