Bu gün Məktəbəqədər hazırlıq qruplarımız üçün unudulmaz bir son dərs gündür! 

Bu gün Məktəbəqədər hazırlıq qruplarımız üçün unudulmaz bir son dərs gündür! 

Balaca fidanlarımızın ilk böyük məktəb macərasının son dərs gününü sevinc dolu, müsbət və enerjili bir şəkildə qeyd etdik. Dərs günümüzün sonunda uşaqlarımıza kiçik sertifikatlar təqdim etdik. bu, onların ilk nailiyyətlərinin rəmzi idi və gələcəyə atılan addımlarının sevincli başlanğıcı oldu. 

Eyni zamanda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbəqədər hazırlıq qruplarımızla birlikdə bayram əhval-ruhiyyəsi ilə dolu, sevinc və oyunla zəngin bir tədbir keçirdik. Uşaqların saf gülüşü, gözlərindəki parıltı, bir arada keçirdikləri xoş anlar bizə bir daha xatırlatdı:

 Hər bir uşaq sağlam, təhlükəsiz və xoşbəxt bir mühitdə böyüməyə layiqdir.

 Təhsil yalnız öyrətmək deyil . sevgi, qayğı və gələcəyə olan inam bəxş etməkdir.

 Uşaqların səslərinin eşidildiyi, ehtiyaclarının görüldüyü cəmiyyət, sağlam cəmiyyətdir.

Bu günü bizimlə birlikdə daha gözəl edən bütün müəllimlərimizə və balaca qəhrəmanlarımıza sonsuz təşəkkürlər!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi