Şagirdlərin peşə seçiminə dəstək məqsədilə İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə səfəri.

Şagirdlərin peşə seçiminə dəstək məqsədilə İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə səfəri.

Şagirdlərin gələcək peşə yönümünü müəyyənləşdirmək, onları əmək bazarında tələbat olan ixtisaslarla tanış etmək və düzgün peşə seçimi etmələrinə dəstək vermək məqsədilə məktəbimizdə müxtəlif istiqamətli maarifləndirici tədbirlər həyata keçirilir. Bu məqsədlə 144 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunmuş “Açıq qapı” günündə iştirak etmişlər.

Tədbir zamanı şagirdlər mərkəzdə tədris olunan müxtəlif peşələrlə, o cümlədən aşpaz, ofisiant, bərbər, gözəllik mütəxəssisi, mehmanxana administratoru, turizm xidmətləri və digər ixtisaslarla yaxından tanış olublar. Onlara bu sahələr üzrə tədris prosesi, praktik məşğələlər, təcrübə imkanları, gələcəkdəki iş perspektivləri haqqında ətraflı məlumat verilmişdir.

Eyni zamanda şagirdlər üçün mərkəzdə fəaliyyət göstərən laboratoriyalar, təlim emalatxanaları və praktiki dərs şəraitləri nümayiş etdirilmiş, suallar cavablandırılmışdır. Bu tədbir şagirdlərimizin maraq dairəsinin genişlənməsinə, fərqli ixtisaslar barədə məlumatlanmasına və peşə seçiminə daha şüurlu yanaşmalarına zəmin yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi