Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş gənc rəssam Nigarın fərdi sərgisi məktəbimizdə təşkil olundu.

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş gənc rəssam Nigarın fərdi sərgisi məktəbimizdə təşkil olundu.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə xüsusi və yadda qalan bir tədbir təşkil olundu. Tədbir çərçivəsində məktəbimizin istedadlı şagirdi, III sinifdə təhsil alan gənc rəssam Nigarın fərdi rəsm sərgisi keçirildi. Sərgidə Nigarın müxtəlif mövzularda çəkdiyi rəngarəng və orijinal rəsmləri nümayiş etdirildi. Şagirdin yaradıcılığı tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılandı.

Tədbirdə məktəb rəhbərliyi,müəllim və şagird kollektivi, valideynlər iştirak etdi. Məktəbin direktoru İlahə Həmidova, sinif müəllimi Ülviyyə Vahidova və Nigarın valideynləri çıxış edərək onun istedadı və bacarıqları haqqında ürək sözlərini söylədilər, balaca rəssamın uğurlarından qürur duyduqlarını bildirdilər.

Nigarın sinif yoldaşları bu bayram ovqatını daha da rövnəqləndirmək üçün onun şərəfinə şən mahnılar, rəngarəng şeirlər və qısa səhnəciklər ifa etdilər.

Tədbirin davamı olaraq şagirdlər məktəbin həyətinə çıxaraq rəngli təbaşirlərl vasitəsilə asfalt üzərində müxtəlif mövzularda gözəl rəsmlər çəkdilər. Bu yaradıcı fəaliyyət onların həm təxəyyülünü inkişaf etdirdi, həm də birlikdə işləmə bacarıqlarını möhkəmləndirdi. Günün sonunda isə uşaqların birliyini, dostluğunu və gələcəyə olan ümidlərini simvolizə edən rəngli şarlar birlikdə havaya buraxıldı. Bu anlar uşaqlar üçün unudulmaz xatirəyə çevrildi.

Tədbirin əsas məqsədi uşaqların yaradıcılıq bacarıqlarını üzə çıxarmaq, onlarda estetik zövq, dostluq və birlik hisslərini gücləndirmək idi. Məktəb olaraq inanırıq ki, bu cür təşəbbüslər uşaqların hərtərəfli inkişafına, onların özlərinə olan inamının artmasına mühüm töhfə verir.

Balaca rəssamımız Nigarı bir daha təbrik edir, gələcək yaradıcılıq fəaliyyətində ona yeni-yeni uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi