144 nömrəli tam orta məktəbdə 2024–2025-ci tədris ilinin yekun pedaqoji şura iclası keçirildi

144 nömrəli tam orta məktəbdə 2024–2025-ci tədris ilinin yekun pedaqoji şura iclası keçirildi

Bugünkü pedaqoji şura iclasında məktəbin 9-cu və 11-ci sinif şagirdlərinin buraxılış imtahanları, payız imtahan sessiyasına qalan şagirdlərin vəziyyəti və sinifdən-sinifə keçirilmə prosesi ətraflı şəkildə müzakirə olundu.

 Eyni zamanda şura çərçivəsində fəaliyyətimizin bir çox istiqaməti üzrə – xüsusilə məktəbin ümumi tədris prosesinə ləngimə və maneçilik törədən problemlər üzərində geniş fikir mübadiləsi aparıldı. Qarşıdakı tədris ilində bu problemlərin aradan qaldırılması üçün atılacaq praktik addımlar müəyyənləşdirildi.

Tədbir zamanı pedaqoji kollektivin bir sıra üzvləri həmkarlar tərəfindən təltif olundu.

Bütün həmkarlarımızı uğurlu və əzmkar fəaliyyətlərinə görə təbrik edir, yeni tədris ilində daha yüksək nailiyyətlər arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi