Nailiyyətlərimiz

Məktəbin fəxriBakı şəhəri Nizami rayonu Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbin XI “B” sinif şagirdi Nərminə Azad qızı Xanəliyeva ibtidai sinifdə oxuyan zamanlarda müxtəlif uşaq jurnallarında Viktorinaların qalibi olmuş. Bir neçə dəfə radio və televiziya verlişlərinin iştirakçısı olub. Məktəbdə bir çox nailiyyətləri var. 2012-ci ildə ingilis dili üzrə fənn olimpiadasında Bakı şəhər üzrə turda III yer, 2014-cü ildə “Xəmsə” intellektual oyunun “Zəfər” komandasının tərkibində rayon mərhələsində I yer, həmin ildə şəhər mərhələsində III yer tutmuşdur. Müxtəlif mövzularda inşa – yazı müsabiqələrinin qalibi olub. 9-12 noyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Ölkəmizi tanıyaq” devizi altında təşkil olunmuş ekskursiyanın iştirakçısı olub. Son uğurları 2015-ci ildə 20 yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş inşa-yazı müsabiqəsində “20 yanvar faciəsi- Xalqımızın qəhramanlıq salnaməsi” adlı inşası ilə məktəb və rayon turlarında I yer, şəhər turunda isə “Fərqlənmə” diplomu və hədiyyələrlə təltif olunmuşdur. Fevralın 24-də Xocalı soyqırımın 23-cü ildönümünə həsr edilmiş inşa-yazı müsabiqəsində isə “Müharibə uşaqların gözü il” adlı inşası ilə Gənclər yardım fondu tərəfindən I yerə layiq görülmüşdür. 2015-ci il fevralın 25-də isə Azərbaycan Dövlət televiziyasında Gənclər və İdman İdarəsinin rəisi Rafiq Abbasov və müsabiqənin başqa qaliblərilə səhər proqramında qonaq olub.

"Xəmsə" qalibləriBakı şəhəri Nizami rayon K.Əyyubov adına 12 nömrəli tam orta məktəbdə 2014-cü il tarixində oktyabr ayında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən Nizami rayon məktəbliləri arasında keçirilən “Xəmsə” intellektual oyununda məktəbin X sinif şagirdləri Sabirxan Quliyev, Cavidə Rəhimova, Mədəd Musayev, Yasin Süleymanov, Rüfət Əliyev, Orxan Babayev və Nərminə Xanəliyevadan ibarət “Zəfər” komandası I yerə layiq görülmüşdür. Davamı olaraq Bakı şəhər üzrə turda III yer tutmuşduq. Komandanın qalibiyyətini bu turlarda nəzərə alaraq Respublika üzrə Qusar rayonunda 2014-cü ilin sonlarında keçirilən intellektual oyunun final mərhələsində “Zəfər” ilk onluqda qərarlaşmışdır.

Gənc cüdoçu30 dekabr 2002-ci il təvəllüdlü 6"A" sinif şagirdi Bəndalı İlham oğlu Bəndalıyev məktəbin gənc idmançılarındandır. Onun cüdo idman növü üzrə bir çox nailiyyətləri var. Son vaxtlar qazandığı uğurlar arasında Rusiya Federasiyasında keçirilən kiçik yeniyetmələr arasındakı cüdo idman növü üzrə beynəlxalq turnirdə erməni idmançının üzərindəki qələbədə II yer və “Xocalı Soyqırımı”nın 23-cü ildönümünə həsr edilmiş həmyaşıdları arasındakı turnirdə II yeri tutması olub.

HAQQIMIZDA

     Nizami rayonu şəhid Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəb Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1974-c&...

BİZİM FƏXRLƏRİMİZ

Nigar Əfəndiyeva Namiq

Azər Mehdiyev İlqar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi